top of page
FARCLAY KATALOQ.png

Haqqımızda

“Farclay” məhsulu, 2010-cu ildə yaradılmış “IDONEA” MMC şirkətinin brendidir.

Şirkət yarandığı gündən etibarən əsasən yerli və xarici istehsal olan müxtəlif məhsulların topdan

satışı ilə məşğuldur.

Eyni zamanda, “IDONEA” MMC əmək bazarı ilə bağlı geniş təcrübəyə malik olaraq,

işə qəbul proseslərinin təşkili, eləcə də psixoloji və təhsil yönümlü müxtəlif treninqlərin

keçirilməsi sahəsində də fəaliyyət göstərmişdir.

 

Uşaqlar üçün təşkil edilən bu təlimlər zamanı şirkət onların incə motor bacarıqlarını inkişaf

etdirəcək, eyni zamanda yaradıcılıqlarını stimullaşdıracaq xüsusi bir materialın hazırlanması

ideyasına gəldi.

Məhz bu treninqlər “Farclay” polimer gil məhsulunun yaranmasına ilham verdi.

 

Farclay polimer gili artıq ölkəmizin bir çox tədris və inkişaf müəssisələrini təmin edir,

xüsusilə ölkənin qərb və cənub bölgələrində geniş yayılmışdır. Eyni zamanda Bakı şəhərində

yerləşən müxtəlif ixtisaslaşmış mağazalarda həm topdan, həm də pərakəndə satışla təqdim olunur.

Şirkət inanır ki, bu məhsul uşaqların yaradıcılıq bacarıqlarının inkişafına, onların xəyal

gücünün formalaşmasına və incə motor hərəkətlərinin güclənməsinə böyük töhfə verəcək.

 

“Farclay” – kiçik əllərdə böyük dünyalar yaradan bir vasitədir.

Eyni zamanda bu məhsul yalnız uşaqlar üçün deyil, yaradıcılıqla məşğul olan, öz əl işlərini

yaratmaq istəyən və ya bu sənəti öyrənmək arzusunda olan hər kəs üçün nəzərdə tutulmuşdur.

Farclay ilə müxtəlif aksesuarlar, bəzək əşyaları, dekorativ elementlər və unikal əl işləri

yaratmaq mümkündür.

“Farclay” yaradıcılığı sevən hər kəsi bir araya gətirən, ideyaları formaya çevirən və

təxəyyülü reallığa yaxınlaşdıran bir məhsuldur.

Əlaqə

Bizə yazın, biz sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq.

Təşəkkür edirik.
bottom of page